Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında hərbi helikopterimiz qəzaya uğrayıb.
Dövlət Sərhəd Xidmətinə məxsus olan helikopter Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Bizim.Media qəzada həlak olan hərbçilərdən bəzilərinin fotosunu əldə edib.
Həmin fotoları təqdim edirik:
Allah rəhmət eləsin
***
Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.
SÜLH.İNFO.az xəbər verir ki, məlumatda deyilir:
"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".