​Yalnış bişirilmiş yumurta zəhərə çevrilə bilər

​Yalnış bişirilmiş yumurta
18:20 22.10.2021
A- A+

Toyuq yumurtalarını düzgün bişirmək lazımdır, əks halda orqanizmə ciddi zərər verə bilər.

SÜLH.İNFO.az xəbər verir ki, mütəxəssislər həddən artıq çox qaynadılmış yumurtanı yeməyin zərərli olduğunu bildirib.

Belə ki, yumurtanı 10 (on) dəqiqədən az qaynatmaq lazımdır, bundan sonra isə dərhal soyuq suya salınmalıdır.

Daha çox bişirsəniz, sarısında yaşılımtıl-mavi təbəqə görünə bilər ki, bu insan orqanizmi üçün zəhərli maddələrin, xüsusən də dəmir sulfidin yumurtada sürətlə əmələ gəldiyinə işarədir.

Yumurtaları belə halda yemək zəhərlənməyə gətirib çıxara bilər.