​Zakir Qaralovun qardaşı oğluna vəzifə verildi - FOTO

​Zakir Qaralovun qardaşı oğluna
17:10 30.11.2021
311 Toplum
A- A+

Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub.

 
Mərkzədən SÜLH.İNFO.az -a verilən məlumata görə, tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah Fərid Qaralov tibb müəssisəsinin Neyrocərrahiyyə şöbəsinin müdiri təyin olunub.
 
Qaralov Fərid Əziz oğlu 1982-ci il martın 12-də Bakı şəhərində anadan olub. 1989-1999-cu illərdə orta təhsilini Bakı şəhəri, Suraxanı rayonu 275 saylı orta məktəbdə alıb. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2012-ci illərdə təhsilini Türkiyənin EGE Universitetində Neyrocərrahiyyə ixtisası üzrə davam etdirib. 2012-ci ildən etibarən ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, daha sonra ATU Tədris Cərrahiyyə Klinikasında Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman-neyrocərrah kimi fəaliyyət göstərib.
 
 
F.Qaralov bir çox beynəlxalq, yerli neyrocərrahi konfrans və kurslarda iştirak edib.
 
 
Qeyd edək ki, F. Qaralov sabiq Baş Prokuror Zakir Qaralovun qardaşı oğludur.