Azərbaycanda iri süd məhsulları istehsalçılarından olan şirkətlərdən birinin istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulları məhv edilib.
SÜLH.İNFO.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırılıb.