​Sosial fobia nədir və hansı yaş dövrlərində özünü göstərir? - Psixoloq AÇIQLADI

​Sosial fobia nədir və hansı yaş dövrlərində özünü göstərir? -
13:18 24.11.2022
265 Sosial
A- A+

“Ümumiyyətlə, sosial fobia və ondan sonra yaşanan psixoloji sindromlar daha çox ikinci şəxsiyyət dövründən başlayır. Həmin dövrdə biz övladımızı sosiala uyğunlaşdırmaq istədiyimiz halda özümüz də bilmədən övladımızda qorxular yaradırıq”.

Sulh.info.az xəbər verir ki, bu sözləri sosial fobia ilə bağlı saytımıza açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib:

“Yaratdığımız polis qorxuları, həkim qorxuları və bu qorxuların içərisində övladımızın sosial durumda artıq özünü təsdiq edə bilməməsi əmələ gəlir. Sosial durumda özünü təsdiq edə bilməmək nədir?

Bəzən biz bu hadisələrin şahidi oluruq ki, sosial fobiası olan uşaqlar məktəbdən, baxçadan yayınır, yaxud da gedilən məkanda onların qorxaraq anaya sığınırlar, qışqırırlar. Valideyn özü də dərk edə bilmir ki, uşaq bunu hansı məqamlarda edir. Bu isə getdikcə yeniyetməlik dövründə uşaqların böhran dövründə xaotik olaraq özünü göstərməyə başlayır.

Görürük ki, övladımız sosial cəmiyyətdə özünü apara bilmir, ictimai yerlərdə özünü idarə etməyi bacarmır və yaxud da özünə qapanıq olur. Emosiya ilə duyğu arasında soyuq savaş başlayır. Bu gələcək mərhələlərdə, xüsusilə də gənclik dövründə özünü təsdiq etməməyə və natamamlıq kompleksini yaşamağa gətirib çıxarır. Ümumiyyətlə, sosial fobia ilə qorxu arasındakı əlaqə övladlarımızın ilkin və ikinci şəxsiyyət dövründən başlayır ki, növbəti mərhələlərdə də özünü göstərməyə davam edir”.

Fidan Ali / Sulh.info.az