​Telman İsmayılov təcridxanadan azad edildi

​Telman İsmayılov təcridxanadan
21:47 22.10.2021
468 Dünya
A- A+

İş adamı Telman İsmayılov Monteneqroda saxlanıldığı təcridxanadan azad edilib.

SÜLH.İNFO.az "Ria Novosti" - yə istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Onun sözlərinə görə İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb və bu səbəbdən də Rusiyaya ekstradisiya oluna bilməz.

Qeyd edək ki, Rusiya Baş prokurorluğu iş adamının cinayət məsuliyyətinə cəlb olunması məqsədilə Monteneqrodan bu ölkəyə təhvil verilməsini tələb edib.