​Lavrov və Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin imzalanmasını müzakirə edib

​Lavrov və Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin imzalanmasını
16:20 23.12.2022
424 Siyasət
A- A+

Ceyhun Bayramov və Sergey Lavrovun Moskvada keçirilən görüşündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunulub.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov sülh müqaviləsi ilə yanaşı, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin müzakirə olunduğunu vurğulayıb.

Nazir vurğulayıb ki, Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesinə başlanmasının marağındadır.

Mənbə: APA