Mütəxəssislər yeməkdən əvvəl sağlamlığımız üçün təhlükəli olan qidalarla bağlı xəbərdarlıq edib.
Hipertoniya, yəni yüksək təzyiq müalicə olunmazsa, böyrək, ürək-damar xəstəlikləri, iflic və görmə itkisi kimi bir çox xəstəliklərə yol açar. Yüksək qan təzyiqinin qarşısını almağın qızıl qaydası sağlam qidalanmadır.
Kardioloq, professor Gerald Carr-White yüksək təzyiqi olanlara qaçınılması lazım olan qidalarla bağlı "Express.co.uk"a açıqlama verib.
Onun sözlərinə görə, çox duzlu səhər yeməyi, o cümlədən qızarmış və kolbasa kimi işlənmiş ətlərdən çəkinmək mütləqdir: "Çünki, duz təzyiqin yüksəlməsində mühüm amildir və hipertoniya diaqnozu qoyulmuş hər kəs üçün azaldılmalıdır".
Nahar zamanı çipsli vetçina və pendirli ağ çörəkli sendviç kimi yeməklərdən uzaq durmaq lazımdır, - deyən həkim bildirib ki, bu yeməyin bütün inqrediyentlərində çox miqdarda duz var.
"Bir çox insanlar üçün yüksək təzyiqin heç bir əlaməti olmasa da, infarkt və insult riskinizi artırır. Beləliklə, yüksək qan təzyiqinin meydana gəlməsinin qarşısını almaq üçün idman etmək lazımdır. Hətta gündəlik məşqinizi gündə cəmi 30 dəqiqəyə qədər artırmaq qan təzyiqinizi aşağı salmaqla yanaşı, fitnesinizi yaxşılaşdırmaq üçün əla bir yoldur”, - deyə professor bəyan edib.