​Əhməd Obalını oğlu döyüb - Dəniz Obalı HƏBS EDİLDİ

​Əhməd Obalını oğlu döyüb
11:48 26.05.2023
174 Hadisə
A- A+

Bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatında şiddətə məruz qalan Gunaz.TV-nin rəhbəri Əhməd Obalıya qarşı hücumu onun oğlunun təşkil etdiyi bildirilir.

Sulh.info.az  xəbər verir ki, bu barədə xarici mətbuatda məlumatlar yayılıb.

Bildirilir ki, hadisə ilə bağlı araşdırma aparan polislər yeni fakt ortaya çıxarıblar.

Onlar Əhməd Obalıya qarşı hücumu onun oğlunun təşkil etdiyini bildiriblər.

Polislər daha sonra şübhəlini Kempbelldəki iqamətgahında tapıblar və onu insidentsiz nəzarətə götürüblər: “Şübhəli adam öldürməyə cəhdə görə Santa Clara County əsas həbsxanasında saxlanılıb”.

Polisə ifadəsində Obalı özü də oğlu tərəfindən təhdid edildiyini deyib.

Məqalədə həmçinin “müstəntiqlər hadisəni başqa cür iddia edirlər. İş siyasi motivli deyil, ailədaxili mübahisədən qaynaqlana bilər”, - deyə qeyd olunub.

Qeyd edək ki, Əhməd Obalı və ailəsi uzun illərdir Amerikada mühacir həyatı yaşayır. ABŞ vətəndaşı olan Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur. O da maraqlıdır ki, hadisə Əhməd Obalı Azərbaycandan ABŞ-a qayıdandan 1 gün sonra baş verib. Bütün bunlar hadisənin İran xüsusi xidmət orqanları tərəfindən törədilməsi barədə versiyanın gündəmə gəlməsinə səbəb olub. /Bakupost.az/