​“Yusif Qədimbəylinin qardaşı oğlu başıma silah dirəyib, iki saat döydü” - İDDİA- VİDEO

​“Yusif Qədimbəylinin qardaşı oğlu başıma silah dirəyib, iki saat döydü”
14:00 18.09.2023
160 Ölkə
A- A+

"Tik-Tok" şəbəkəsində böyük izləyici səhifəsi olan, "Fidan 009" adlı profilin sahibi, Fidan adı ilə tanınan bloger sensasion paylaşım edib. O, paylaşdığı videoda və çıxış etdiyi canlı yayımda bildirib ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu onu bir neçə nəfər dostu ilə əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək nələrisə dedizdirib, ardınca videoya çəkiblər.

Sulh.info.az publika.az-a istinadən xəbər verir ki, bloger xanımın çıxışından belə aydın olur ki, ona işgəncə verən İlham Qədimbəyli Bakıdakı məşhur "Sapfir" şadlıq sarayının sahibidir. Sözügedən şəxs "Tik-Tok"da "Theone..550" profili ilə tanınıb və xanımlara bahalı hədiyyələr göndərib. Həmin şəxs zamanında döyüldüyünü iddia edən Fidanın özünə də bahalı hədiyyələr "atıb". Onların arasında hətta yaxın sevgi münasibətin olduğu da bildirilir.

Xanım bloger öz çıxışında bütün cəmiyyətdən, hüqu-mühafizə orqanlarından və jurnalistlərdən dəstək istəyib. Eyni zamanda bildirib ki, ona işgəncə verən İlham Qədimbəyli ölkədən qaçıb. Təəssüflər olsun ki, bu məsələni dəqiqləşdirmək üçün İlham Qədimbəyli ilə əlaqə yarada bilmədik.

Videoda adı çəkilən iş adamı İlham Qədimbəyli mediaya bildirib ki, deyilənlər tamamı ilə cəfəngiyat və şər-böhtandır. Fidan adlı şəxslə "TikTok" vasitəsi ilə tanış olub. Onlar sözü gedən platformada oyunlar oynayıblar: "Mən hər zaman ona hədiyyələr atmışam. Arada münasibətimiz yaranıb. O mənim kimliyimi və iş adamı olduğumu bildikdən sonra məni şantaj etməyə başladı. Məndən muxtəlif vaxtlarda pul istədi. Mən bir dəfə ona 200 manat göndərəndə, o, "bu nə puldur göndərmisən? Mən sənin üçün dilənçi deyiləm." kimi cavab verdi. Sonra yenə müxtəlif vaxtlarda mənə yazmağa başladı. Əsl adının Çinarə Quliyeva olduğunu bildim. O, məndən davamlı ona hədiyyə atmağı və ya pul göndərməyi tələb etdi. Onunla razılaşmadıqda isə məni canlı yayında təhqir edəcəyi ilə hədələyirdi. Bu gün də görürsüz ki, canlı yayımlar açaraq məni və yaxınlarmı təhqirlər edir. Təxminən 3 ay bundan əvvəl rəsmi şəkildə polisə şikayət ərizəsi vermişəm. Hal-hazırda həmin şikayətlə bağlı araşdırma davam edir. Bu gün yayılan video ilə bağlı isə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyə hazırlaşıram. Vəkilimə bununla bağlı lazımi tapşırıqlar vermişəm.

""TikTok" adı Fidan, rəsmi adı isə Çinarə Quliyeva olan xanım bildirdi ki, onda mənim şəkillərim var, istədiyi pulu verməsəm, mənim şəkillərimi paylaşacaq. Mən ailədə elə tərbiyə görməmişəm ki, kimliyindən asılı olmayaraq hansısa xanıma əl qaldırım, silah çəkim. İndi hansı zamanda yaşayırıq ki, kimsə üzərində silah gəzdirsin və bunu da gecə-gündüz vətən keşiyini qoruyan polislərimiz bilməsin və yaxud da görməsin. Bir daha deyirəm, deyilənlər mənə qarşı şər və böhtandır. Bu mənim və mənim tanınmış iş adamı olan qohumlarıma qarşı təxribatdır. İnanıram vicdanlı media nümayəndələri də buna imkan verməyəcək. Bütün bu olanları araşdırıb, cəmiyyətmizə sağlam xəbəri çatdıracaqlar. Vicdanlı jurnalistlər araşdırma aparsalar bir çox qaranlıq məqamlar üzə çıxacaq və məlum olacaq ki, bu şəxs təkcə mənə qarşı deyil, məndən başqa şəxslərə qarşı da dəfələrlə bu cür şər-böhtan, şantaj kampaniyalarından istifadə edib."