​Paşinyan tezliklə ölkədən qaçacaq, partiyasının üzvləri isə... - ŞOK İDDİA

​Paşinyan tezliklə ölkədən qaçacaq,
16:08 18.09.2023
173 Siyasət
A- A+

“İrəvanlılar öz mövqeləri ilə Ermənistanın baş naziri Nikol Paşinyanın bütün sonrakı hərəkətlərinə veto qoyublar”.

Bu barədə yerli politoloq Suren Surenyants danışıb.

“Nikol Paşinyan bir gün əvvəl İrəvan sakinləri tərəfindən ikiqat şillə aldı. İndi komandasının üzvləri baş naziri bu uğursuzluqdan təmizləməyə çalışacaqlar və bütün günahı hökumətin namizədi Tiqran Avinyanın üzərinə atacaqlar”, - deyə erməni politoloq söyləyib.

Surenyantsa görə, ilk şillə seçici fəallığının görünməmiş dərəcədə aşağı olması ilə əlaqədardır.

“Aşağı seçici fəallığı hakimiyyətə inamsızlıq deməkdir. Bu, həm də insanların seçki proseslərindən məyus olması anlamına gəlir, yəni insanlar seçkilər vasitəsilə dəyişikliyə nail olmaq imkanlarını görmürlər”, - deyə Surenyants bildirib.

Erməni ekspertin iddiasına əsasən, Paşinyan tezliklə ölkədən qaçacaq, partiyasının üzvləri isə xalqın ayaqları altına düşəcək.

“Üzünə ikinci şillə də hakim qüvvənin lehinə səslərin əhəmiyyətli dərəcədə azalması oldu, insanlar sözün əsl mənasında Paşinyandan bezdiklərini nümayiş etdiriblər. Bütün bunların fonunda hakim qüvvənin hər hansı hərəkəti onun mövqeyini daha da ağırlaşdıracaq”, - deyə Surenyants qeyd edib.