Təklif edirəm ki, MTK-ların sakinlərdən xidmət haqqının toplanılması nağdsız qaydada olsun.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Emin Hacıyev deyib.
O qeyd edib ki, burada kifayət qədər vəsait dövr edir.
"Bu vəsait nağdsız qaydada xərclənərsə, bu sahəyə daha çox işçi heyətinin cəlb edilməsinə, nəticədə məşğulluğun artmasına nail ola bilərik. Bunun üçün bank hesabı açıla bilər. Bu vəsaitlər bank hesabına daxil olarsa təyinatı üzrə xərclənməsi də təmin edilə bilər", - deyə deputat əlavə edib.