Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.
Sulh.info.az report-a istinadən xəbər verir ki, bu barədə bazarın yeni sahibi Afər Cahangirov deyib.
O, qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.
"Çox güman ki, yanğın qəsdən törədilib", - vurğulayıb.