​Həmasın İsrailə hücumunda sensassion detal: İsraili"yuxuya verən" telefon nə imiş?

​Həmasın İsrailə hücumunda sensassion detal:
12:05 09.10.2023
138 Dünya
A- A+

İsrail kəşfiyyatı HƏMAS-ın hücumundan gec xəbər tutub. Çünki Fələstin yaraqlıları Qərb və Qərbyönlü kəşfiyyat agentlikləri tərəfindən dinlənilməsi çətin olan Huawei avadanlıqlarından istifadə edir.

Bu barədə “Al Bawaba” məlumat yayıb.

Əl Bawaba yazır ki, fələstinlilərin Huawei cihazlarından istifadə etməsi, İsrail kəşfiyyatının uğursuzluğunu izah edən sosial şəbəkələrdə dominant nəzəriyyələrdən biridir.

“Görünür, Həmas liderləri Qərb kəşfiyyat agentliklərinin telefon dinləmələrinin qarşısını almaq üçün həqiqətən Huawei smartfonlarından istifadə ediblər. İndi aydın oldu ki, ABŞ niyə Huawei-yə bu qədər nifrət edir. Məxfi məlumatları MKİ-yə sızdırmaq istəmirsinizsə, sadəcə Huawei smartfonu alın!” – DaiWW ləqəbli istifadəçi X (Twitter) yazıb.

Bu istifadəçinin nəzəriyyəsini daha sonra keçmiş Əl-Qaidə üzvü, sonra isə Mİ6 agenti Amen Dean təsdiqləyib. Onun sözlərinə görə, HƏMAS liderləri və yaraqlıları  əsasən Huawei planşet və smartfonlarından istifadə edirlər.

“İsrailin təhlükəsizlik və kəşfiyyat xidmətləri ilə HƏMAS-ın İsrailə cəsarətli işğal planlarından necə xəbər tuta bilmədiyini soruşan hər kəsə. Bu suala qismən cavab: Huawei!” – Dean yazıb.

Dean izah etdi ki, Google və digər ABŞ İT nəhəngləri Huawei şirkətinə öz xidmətlərindən smartfon və planşetlərdə istifadə etməyi qadağan etdikdən sonra Çin şirkəti xarici proqramların öz analoqlarını hazırlayıb. Üstəlik, yeni xidmətlər Çin kəşfiyyat xidmətləri istisna olmaqla, hamı üçün haker hücumundan qorunduğu ortaya çıxdı./Oxu24.com