Bir müddət öncə Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə xəbər vermişdik.
Ruben Vardanyanın vəkili Afət Qazıyeva Səbail Məhkəməsinin həbs qərarı ilə apellyasiya şikayət vermişdi.
Sulh.info.az Medianews.az-a istinadən xəbər verir ki, bu gün Bakı Alelyasiya Məhkəməsində Ruben Vardanyanın apellyasiya şikayətinə baxılıb. Məhkəmə birinci instaniyanın qərarını qüvvədə saxlayıb. Məhkəmə onun şikayətini rədd edib.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Ruben Vardanyanın apellyasiya şikayətinə baxan hakim Birinci Qarabağ müharibəsi qazisi apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov olub.
Nəsimi Rayon Məhkəməsinin hakimləri tərəfindən bəzi hallarda təyin edilən cəza müddətləri cəza siyasətinə adekvat olmayıb"
Habil Məmmədov 1992-1993 illərdə Prezident Qvardiyasında xidmət edib. Birinci Qarabağ Müharibəsi Qazisidir. 1993-cü ildə Laçın uğrunda döyüşlərdə yaralanıb. Vətən uğrunda bir ayağını itirib. 1994-1998 illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 2000-2002-ci illərdə isə magistraturasını bitirib. 2000-2008-ci illərdə Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclas katibi. 2008-2018-ci illərdə Bakı səhəri Xətai Rayon Məhkəməsində hakim işləyib. 2013-cü ildə Xüsusi Xidmət Orqanlarının “Yubiley medalı” ilə təltif edilib. 2018-ci ildən Bakı Apelyasiya Məhkəməsinin hakimidir.