​Azərbaycanda kolbasa-sosiska istehsalında at və eşşək ətindən istifadə olunur - ŞOK AÇIQLAMA

​Azərbaycanda kolbasa-sosiska istehsalında at və eşşək ətindən istifadə olunur
16:00 09.10.2023
138 Hadisə
A- A+

“Sağalam qidalanma dedikdə,  bizə lazım olan maddələri qidalardan almağımız nəzərdə tutulur. Qəbul etdiyimiz qidalardan lazımi bütün maddələri aldıqda bu zehni qabiliyyətimizə, həyat fəaliyyətimizə, iş aktivliyimizə, hormonlarımıza olduqca müsbət təsir edir və bizə yaşamaq stimulu verir, müsbət təsir edir. Bir sözlə, insan sağlam qidalanmalı, bəslənməlidir”.

Bu sözləri tanınmış həkim-diyetoloq Ləman Süleymanova Musavat.com-a açıqlamasında deyib. Diyetoloq qeyd edib ki, xüsusilə də payız, qış fəslində qəbul etdiyimiz qidalar daim mineral və vitaminlərlə, zülal, yağ, karbohidratlarla zəngin olmalıdır. Onun sözlərinə görə bu fəsillərdə menyuda mütləq şəkildə ət məhsulları yer almalıdır:

“Payız, qış fəsillərində diqqət etməliyik ki, menyumuzda daim ət məhsulları olsun, heyvan mənşəli zülala üstünlük verilməlidir.

Ət məhsulları dedikdə bəzi insanlarda sual formalaşır ki, hansı ət məhsulu nəzərdə tutulur. Bir mütəxəssis kimi cavabım budur ki, xüsusilə payız, qış fəslində qırmızı ətə, xüsusən də mal ətinə üstünlük verilməlidir. Çünki mal ətinin tərkibində xüsusi maddələr var ki, insan orqanizmi üçün çox xeyirlidir. Məsələn, dəmir ən çox qırmızı ətdə olur. Onun tərkibindəki maddə bizə lazımdır. Xüsusən də qan az azlığından əziyyət çəkənlər, anemiyalar olan, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar məsələn yağlı ətdənsə rahat orta ətlərə üstünlük verməlidir ki, bu da mal ətidir. 

Toyuq ətinin özü də faydalıdır. Həmçinin balıq əti payız-qış fəslində çox faydalıdır. Onun tərkibində insana vacib olan komponentlər var ki, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlara mütləq şəkildə tövsiyə olunur ki, menyularında həmişə balıq əti olsun.

Bəzi insanlar ət məhsullarından imtina edir ki, bu da doğru deyil.  Məsələn, elə vegetarianlar var ki, onlar ümumiyyətlə, heyvan mənşəli heç nədən istifadə etmirlər. Onları müayinə edəndə görürük ki, həmin şəxslərdə qan, hemoqlobin çox aşağıdır. Belə insanlar daima çox halsız, yorğun olur, aktiv olmurlar. Onların həyat keyfiyyəti aşağı düşmüş olur.

Bəzi insanlar keçi ətindən də istifadə edir. Qeyd edim ki, keçi ətinin də tərkibində xüsusi vacib olan komponentlər var. Məsələn, xolesterini yüksək olan, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar həmişə keçi, balıq əti məsləhət görülür Bunlar menyuda daim olmalıdır”.

Həkim-diyetoloq bəzi heyvan ətlərinin insan sağlamlığı üçün təhlükəli olduğunu da vurğulayıb:

“Çox təəssüf ki, bəzi insanlar normativdən kənara çıxır, dəvə, at ətindən istifadə edir. Doğrudur, bəzi ölkələrdə at əti istifadə edilir. Bir mütəxəssis kimi deyə bilərəm ki, ümumiyyətlə at, qatır, eşşək, dəvə ətlərindən istifadə etmək tibbi baxımından qadağandır. Xüsusilə, at əti. Çox təəssüflər olsun ki, bəzi işbazlar xüsusən də kolbasa-sosiska istehsalı ilə məşğul olan işbazlar ən çox vaxtı keçmiş ətlərdən və yaxud at, eşşək ətlərindən istifadə edir. Deyə bilərəm ki, ölkədə 70 faiz kolbasa-sosiska istehsalında at və eşşək ətindən istifadə olunur.

Həmçinin bəzi dönərxanalara verilir ki, bəzən də bu zəhərlənmələrə səbəb olur”.

Ləman Süleymanova at ətinin hansı səbəbdən tibbi baxımından qadağan olunmasına bu cür aydınlıq gətirib:

“İlk öncə çünki at kəsilən kimi artıq 5-10 dəqiqə ərzində əti keyfiyyətsiz olur. Xüsusən də yay fəslində kəsilən at, eşşək, qatır kəsiləndə onların ətində  kimi onların tərkibində ağır zəhərlənməyə yol açan 3 maddə olur. Araşdırmalara görə, eşşək və dəvədən fərqli olaraq bu maddə at ətində 70 faiz daha çoxdur. Bu maddə hətta öldürücü xassəyə malikdir bu maddə.

Atlarda çox qorxulu - zoonos mənşəli infeksiya olur ki, bu infeksiya daha çox baytar işçilərində rast gəlinir, çünki onlar mütəmadi  olaraq atlarla təmasda olurlar.

Beləliklə də at əti orqanizmdə zəhərlənmələrə səbəb olur. Böyrəyində problem olan insanlar cəmi bir ay ərzində bir neçə dəfə at ətindən istifadə edərsə, tez bir zamanda böyrəyi tamamilə sıradan çıxır, yəni, böyrəyin fəaliyyətinə çox mənfi təsir göstərir. Həmçinin qaraciyərə dağıdıcı zərbə vurur, qaraciyərdə problem varsa, onun kəskinləşməsi baş verə bilir.

Bəs satışda olan at ətinin necə tanımalı?

At ətini bişirəndə rəngi qabarıq olur, tündləşir, onun qeyri-adi ət olduğu həmən bilinir. Onun ətinin tündləşməsi tərkibində olan təhlükəli maddələrin birləşməsi deməkdir”./musavat.com