İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib.
Bu barədə IDF-in mətbuat xidməti rəsmi teleqram kanalında məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror təşkilatı HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı əməliyyata başlayır", - məlumatda deyilir.
Həmçinin bildirilir ki, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcı təyyarələr Qəzza zolağında HƏMAS-ın bir sıra hədəflərinə, o cümlədən silah anbarına və hərbi kompleksə zərbələr endirib.
Bundan əlavə, İsrailə qarşı terror hücumlarını istiqamətləndirmək üçün istifadə edilən Cəbəliyyədəki komanda-nəzarət məntəqəsi də vurulub.