​Hava ilə bağlı əhaliyə VACİB XƏBƏR - Yaxın bir neçə gün... - PROQNOZ

​Hava ilə bağlı əhaliyə VACİB XƏBƏR
15:00 10.10.2023
145 Ölkə
A- A+

Artıq bir neçə gündür ki, ölkə ərazisində havanın temperaturunda azalma, güclü külək və arabir yağıntı müşahidə olunur. Lakin həftənin sonuna doğru havanın yenidən isinəcəyi ilə bağlı məlumatlar yayılıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Referans.az yaxın bir neçə günün hava proqnozu haqqında məlumat verib.

“Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, bu gün axşama doğru və ayın 11-də bəzi yerlərdə az miqdarda yağış yağacağı ehtimalı var. 11-də gündüz yağışda fasilə olacaq, ayın 12-də isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Küləkli hava şəraiti ilə bağlı qeyd edim ki, Bakıda bu gün artıq mülayim şimal-şərq küləyi ayın 11-i gündüzədək davam edəcək. 11-i gündüzdən başlayaraq yenidən şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Ayın 12-də də külək mülayimləşəcək. Havanın temperaturu da bu gün gündüz saatlarında 15-18 dərəcə, oktyabrın 11-də 16-20 dərəcə, oktyabrın 12-də isə 14-17 dərəcə isti olacaq. Bölgələrə gəldikdə isə, ayın 11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bölgələrdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Ayın 12-i, 13-də bölgələrdə hava şəraiti əsasən, yağmursuz olacaq. Lakin oktyabrın 12-də bəzi yerlərdə arabir yağış yağacağı, leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Havanın temperaturu gündüz 18-23 dərəcə, dağlarda isə 7-12 dərəcə isti olacaq”.