“Ankara ötən həftə keçirdiyi əməliyyat zamanı Vaşinqtonun Türkiyənin pilotsuz təyyarəsini vurmasını unutmayacaq".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə Suriyanın şimalında və İraqın şimalında həyata keçirdiyi “əməliyyatların” birinci mərhələsini başa vurub. “Hər əməliyyatda olduğu kimi, biz müttəfiqimizlə ən böyük problemlə üzləşdik”, - deyə Ərdoğan ötən cümə axşamı Suriyanın şimalında ABŞ-ın pilotsuz uçan aparatını vurmasına toxunaraq bildirib.
"Şübhə yoxdur ki, bu hadisə milli yaddaşımıza həkk olunub və yeri gələndə lazımi tədbirlər görüləcək", - Ərdoğan deyib.
O, Ankaranın üçüncü ölkələrə Türkiyənin “hədəflərindən uzaq durmaq” xəbərdarlığını təkrarlayıb./News4.az