​Qarabağdan köçən erməni bunu da etdi

​Qarabağdan köçən erməni bunu da etdi
17:00 10.10.2023
137 Dünya
A- A+

Ermənistan İstintaq Komitəsi Qarabağın Xocavənd şəhərində “Artsaxbank”ın filialına məxsus pul və qızıl əşyalarının oğurlanması ilə bağlı cinayət işi açıb.

Bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan sosial şəbəkə hesabında məlumat yayıb.

Onun məlumatına görə, bu ilin oktyabrın 6-da bankın Xocavənd filialının meneceri İrəvandakı baş ofislə əlaqə saxlayıb. O, sentyabrın 22-də Qarabağdan təxliyə olunduğunu söyləyərək bankdan bütün nağd pulu götürüb. Həmin adam təxminən 60 milyon dram (150 min dollar) və 100 kisə lombard qızıl-zinət əşyalarını ertəsi gün Ermənistana çatdırmaq məqsədi ilə avtomobilinə yerləşdirib. Lakin gecə saatlarında naməlum şəxslər avtomobilə daxil olaraq bütün əşyaları oğurlayıblar. Bankirin ifadəsi əsasında cinayət işi başlanıb, ibtidai araşdırma aparılır.