HƏMAS İsrailin Qəzza sərhədində yerləşən Aşkelon şəhərinə raketlər yağdırıb və "Dəmir Günbəz" işə düşüb.
Baş verən hadisələr CNN Türk-ün canlı yayımı zamanı anbaan lentə alınıb.
Qəzzadan ard-arda raketlər atıb. Raketlər havada məhv edilsə də, hücumlar dəqiqələrlə davam edib.
Qeyd edək ki, HƏMAS hava hücumlarının fasiləsiz davam edəcəyini bəyan etmişdi. Hücumlardan əvvəl mülki şəxslərə Aşkelonu tərk etmələri barədə xəbərdarlıq da olunmuşdu.
Xatırladaq ki, ötən həftə şənbə günü İsrail ərazisinə HƏMAS qruplaşması hücum edib. Nəticədə İsraildə ölənlərin sayı 1200-ə yüksəlib, yaralananların sayı isə 2700-ü keçib.
Qəzza zolağında isə İsraillə münaqişə nəticəsində ölənlərin sayı 900-ə çatıb. Məlumatı Fələstinin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, 4500 nəfər xəsarət alıb.
Ölənlərdən 260-ı uşaq, 230-u isə qadındır.