​"HƏMAS"ın pikapla ələ keçirdiyi qızla bağlı yeni İDDİA - FOTO

​
11:42 11.10.2023
134 Dünya
A- A+

 

Oktyabrın 7-də "HƏMAS"ın İsrailə hücumu zamanı pikap (pickup) tipli avtomobildə girov götürülən Shani Loukun sağ olduğu iddia edilir.

Shani Loukun anası günlərdir qızından məlumat almaq istəyərkən Alman mətbuatında yeni xəbər yayılıb.

Qeyd edilib ki, Shani Louk sağdır və o Fələstində "HƏMAS"a aid xəstəxanada müalicə alır.

 

Bu barədə "Bild" qəzeti məlumat yayıb.

Shaninin anası Ricarda Louk qızının hazırda Fələstində xəstəxanada olduğuna, ağır travma yaşadığına və vəziyyətinin kritik olduğuna dair sübutların olduğu bildirib.

O Almaniyadakı bununla əlaqədar qurumlara müraciət edərək qızının xilas edilməsini istəyib.

 

Qeyd edək ki, "HƏMAS" qruplaşmasının İsrailə hücumu nəticəsində ölənlərin sayı 1200-ə yüksəlib, yaralananların sayı isə 2700-ü keçib. Qəzza zolağında isə İsraillə münaqişə nəticəsində ölənlərin sayı 950-yə çatıb.