Son zamanlar orta məktəb şagirdlərinin qeyri-etik hərəkətlərinin tez-tez şahidi oluruq.
Dərs zamanı telefonla oynayan, "Tik-tok"da canlı yayım açan və dərsi izləməyən şagirdlərin sayı gündən-günə artır.
Qanunvericiliklə təhsil müəssisəsinə telefon gətirmək qadağan deyil, lakin tədris ilinin əvvəlində pedoqoji şurada bununla bağlı qaydaların qəbul olunması zərurətə çevrilib.
Ekspertlərin fikrincə, bu tip halların baş verdiyi məktəblərdə direktorların üzərinə böyük yük düşür. Təhsil ocağında nizam-intizamı onlar qaydasına salmalıdırlar.