Paytaxtın Nəsimi rayonunda, Səməd Vurğun küçəsində yaşlı qadın zorla diləndirilib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
İddia edilir ki, yaşlı qadın özünü onun qızı kimi təqdim edən şəxs tərəfindən ərazidəki marketin yaxınlığında dilənməyə məcbur edilib. Hadisəyə yaxınlıqdakı vətəndaşlar müdaxilə edib. Daha sonra məlum olub ki, qadının ayaqları əlil arabasına skoçla bağlanıb.
Ətrafdakıların ciddi narazılığından sonra qadın və qızı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparılıblar.