​Azərbaycanda nazir işdən çıxarıldı - Yeni TƏYİNAT

​Azərbaycanda nazir işdən çıxarıldı
16:18 11.10.2023
147 Ölkə
A- A+

Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

Sulh.info.az “Report”a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Sərəncam imzalayıb.

Sərəncamla Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

Anar İbrahimovun digər sərəncamı ilə Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da ədliyyə nazirinin müavini Hüseyn Akif oğlu Səfərova həvalə edilib.