Əməkdar artist Abbas Bağırov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
O şəxsi instaqram hesabında kök və arıq halda çəkilən fotolarını müqayisəli formada paylaşıb.
Görüntülərdə Bağırovun xeyli çəki atdığı əks olunub. İfaçının fit və qüsursuz görünüşü hər kəsi təəccübləndirib.
O paylaşdığı şəkilə ""Mən bacarmaram" deyə bir söz yoxdur!" sözlərini də əlavə edib.
Abbas Bağırov hazırkı görünüşünə sağlam şəkildə nail olduğunu açıqlayıb.
O yeməyinə fikir verərək, zərərli vərdişlərdən uzaq qalaraq və qaydalı şəkildə idmanla məşğul olaraq artıq çəkilərindən xilas olub.
Qeyd edək ki, sənətçi bir müddət əvvəl sosial şəbəkə hesabında paylaşım edərək 30 kiloqrama yaxın çəki itiridiyini bildirmişdi.