​“Nüşabəni atalığı ilə yataqda tutdum” – Xalası müğənnini biabır etdi

​“Nüşabəni atalığı ilə yataqda tutdum”
11:58 12.10.2023
133 Maqazin
A- A+

Xəbər verdiyimiz kimi, müğənni Nüşabə Musayeva “Bizimləsən” verilişində doğma xalası haqda şok açıqlamalar verib. Müğənni canlı efir zamanı atasının anasına xalası ilə xəyanət etdiyini açıqlayıb və onları yataqda öz gözləri ilə gördüyünü iddia edib. 

Verilişin növbəti buraxılışında Nüşabə Musayeva doğma xalası ilə üz-üzə gəlib.  İfaçının xalası deyilənlərin tamamilə yalan olduğunu bildirib. O, canlı efirdə Nüşabəni ögey atası ilə birgə gördüyünü iddia edib:

“Mən özümü günahkar hiss etmirəm, günahkar deyiləm. Hər işin günahkarlı Nüşabədir! O, az yaşından etibarən balaca boyu ilə bütün nəslə zərbə vurur. Nüşabə, hamını aldada bilərsən, sənə yazıqları gəlsin deyə rola girə bilərsən, amma bir sübut gətir ortaya qoy! Sənin kimi övlada ayıb olsun ki, sən öz ananı biabır edirsən. Diriyə hörmət qoymursan, heç olmasa, ölüyə hörmət qoy. Öz etdiyini mənim adıma ləkə yaxıb danışma! Həmin gecə mən o şilləni sənə niyə vurdum? Həmin gecə oyandım gördüm Nüşabə yoxdur, otaqları gəzdim, tapa bilmədim. Sabirin (red-Nüşabə Musayevanın ögey atası) otağına girəndə onları gördüm. Öz etdiyini mənim adıma çıxarma. Onları gördüm, Nüşabənin saçından tutdum, qapıda bir şillə vurdum. Şilləni vurdum ki, bu ona ömür boyu dərs olsun. Dedim sənin anan xəstəxanadadır, amma burada nə işlərlə məşğulsan…”

Müğənninin xalası onun atası ilə evə görə rəsmi nikaha girdiyini, aralarında ər-arvad münasibətinin olmadığını deyib:

“Nüşabə 3 gündür orada nələr danışır. Mən Sabirlə evə görə nikaha girmişəm. Bu da uzun illər çəkməyib. Mən onunla nə ailə kimi yaşamışam, nə də onu ailə gözündə görmüşəm, belə bir şey ola bilməzdi. Mən elə qadınlara nifrət edirəm”.

Efirdə olan müğənni isə xalası ilə qarşıdurma yaşayıb. “Sən hamını aldada bilərsən, amma Allahı aldada bilməzsən. Düzsənsə, mənə cavab ver”- deyə N.Musayeva bildirib.