​Lavrovdan Ermənistanla bağlı AÇIQLAMA: Anti-Rusiya əhval-ruhiyyəsi...

​Lavrovdan Ermənistanla bağlı AÇIQLAMA:
15:39 12.10.2023
158 Siyasət
A- A+

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi süni şəkildə Qərbin maraqlarını təbliğ edən qeyri-hökumət təşkilatları vasitəsilə aşılanır.

Sulh.info.az  REN TV-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, son illər Ermənistanda çoxlu sayda qeyri-hökumət təşkilatları yaradılıb.

"Bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Tam əksinə, onlar burada anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmağa və Ermənistan vasitəsilə ABŞ, Avropa İttifaqı və NATO ölkələrinin regiondakı maraqlarının təşviqinə hazırlaşmağa yönəlib", - deyə Lavrov vurğulayıb.

Rusiya XİN başçısının sözlərinə görə, Qərbin Ermənistanı Rusiyaya qarşı yönəltmək cəhdləri müəyyən nəticələr verir.