​Azərbaycanda "Tik-Tok"a qoyulan qadağa nə vaxt ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA

​Azərbaycanda
16:07 12.10.2023
130 Ölkə
A- A+

Azərbaycanda bir aya yaxındır ki, "Tik-tok" platformasına girişə məhdudiyyət qoyulub. Ölkə ərazisində vətəndaşlar bu sosial şəbəkədən istifadə edərkən məhdudiyyətlə üzləşirlər. 

 "Tik-tok"dan istifadə edə bilməyən istfadəçilər çıxış yolunu VPN-dən istifadə etməkdə görürlər. 

Bəs, Azərbaycanda "Tik-Tok" şəbəkəsinə qoyulan məhdudiyyət nə vaxt aradan qaldırılacaq? Bu istiqamətdə hər hansı müzakirə aparılırmı?

VPN-lərdən istifadə təhlükəlidirmi? Vətəndaşların bank hesabları, şəxsi yazışma və şəkilləri ələ keçirilə bilərmi?

Sulh.info.az xəbər verir ki,  suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraiət etdik. Qurumun sektor müdiri Ləman Hüseynzadə BAKU.WS-ə bildirdi ki, “TikTok” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək:

"VPN tətbiqlərindən istifadə edilməsi kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Belə ki, VPN xidmətini təqdim edən tərəf istifadəçilərin məlumatlarına nəzarət edə və onları ələ keçirə bilər. Bu riskləri nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir".