Bakının parlaq siyasi addımı İrəvanı bu gün Ermənistan ərazisində olan bütün hərbi cinayətkarları qeyd-şərtsiz Azərbaycan tərəfinə verməyə məcbur edəcək. Bunlar Serj Sarqsyan, Robert Köçəryan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və başqalarıdır.
Bunu erməni politoloq Benyamin Matevosyan Ermənistan telekanalının siyasi tok-şousunda deyib.
Onun sözlərinə görə, Bakının bunu etmək üçün qanuni hüququ var: “Belə izah edim: Ermənistanın siyasi təbəqəsi nə baş verdiyini yaxşı başa düşmədi: Bakı niyə Arkadi Qukasyanı, Bako Saakyanı, David Babayanı, David Manukyanı və Ruben Vardanyanı saxladı?
Azərbaycanın qarşısında duran vəzifə budur: “Artsax”ın hərbi-siyasi rəhbərliyindən Ermənistan hakimiyyətinin “Artsax”ın dövlət-hüquqi quruluşunun formalaşmasında, həmçinin İrəvanın həm Birinci, həm də İkinci Qarabağ müharibələrində hərbi qərarların qəbulunda böyük rol oynadığına dair aydın sübutlar əldə etmək. Onlar həmçinin Ermənistanın müxtəlif illərdəki siyasi rəhbərliyinin Azərbaycana ekstradisiya edilməsini və ya hansısa formada hərbi cinayətkar kimi cəzalandırılmasını tələb edəcəklər”. /olke.az