​Xankəndidə nə qədər erməni qalıb? - Gündə 3 dəfə pulsuz yemək, isti geyim...

​Xankəndidə nə qədər erməni qalıb?
11:01 13.10.2023
126 Siyasət
A- A+

Hazırda Xankəndidə 30 nəfərə yaxın erməniəsilli şəxs yaşayır.

Sulh.info.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə qəzetin Xankəndidə olan mənbələri məlumat verib.

Erməni nəşri yazır ki, bu şəxslər, əsasən, xəstə, qoca və kimsəsizlərdir. Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin gəlişindən sonra onların sayı bir qədər də artıb. Xankədidə yaşayan ermənilərə münasibətdə heç bir insident baş verməyib. Onların hüquqları qorunur, Qarabağda yaşamaları üçün sosial layihələr həyata keçirilir.

Qəzet bildirib ki, hazırda Azərbaycan polisi şəhərdə patrul fəaliyyəti keçirməkdə davam edir.

Hazırda Xanləndidə yaşayan ermənilər üçün sığınacaq təşkil olunub. Onlar gündə 3 dəfə pulsuz yemək və isti geyimlə təmin olunurlar.

Qeyd edək ki, erməni KİV-inin erməni əhalisinin sayı ilə bağlı iddiası həqiqətə uyğun deyil. Azərbaycan tərəfi hazırda Qarabağda 1500-dən çox erməninin qaldığını və onların bir çoxunun könüllü əsaslarla Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdiyini açıqlayıb. Bu rəqəmin daha da artacağı gözlənilir.  / Yenisabah.az