Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.
Vaqif Xaçatryan məhkəmədə ağlayıb. Bu barədə görüntüləri yerli media yayıb./APA
Meşəli qatilinin ağladığı anların foto və videosunu təqdim edirik: