​Separatçıların tör-töküntüləri burada gizlənirlər: Anti-terror tədbirləri davam edəcək - VİDEO

​Separatçıların tör-töküntüləri burada gizlənirlər:
12:31 13.10.2023
148 Siyasət
A- A+
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev daima vurğulayır ki, əli Azərbaycan xalqının qanına batan hər kəs mütləq öz cəzasını alacaq. Bu, sentyabr ayının 19-20-də həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri zamanı bir daha sübuta yetirildi. Hərbçilərimizin peşəkarlığı qarşısında tab gətirə bilməyən quldur birləşmələri ağ bayraq qaldırdı. Separatçıların rəhbərlərinin həbsi başlandı. Uğurlu istintaq əməliyyatları hazırda davam etdirilir.

Sulhşinfo.az xəbər verir ki, bu fikirləri Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.



Polkovnik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbulu zamanı ifadə etdiyi "Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq" tezisinə diqqət çəkib:

"Təəssüf ki, bu gün də Qarabağda quldurluqla məşğul olan, təxribat törətmək istəyən qruplaşmalar qalmaqdadır. Həmin kəslər Azərbaycan Ordusu tərəfindən məhv ediləcəklərini bildikləri üçün güman olunur ki, əvvəlcədən öz ehtiyatlarını görüblər, zirzəmilərdə silah-sursat gizlədiblər. Onların mülki şəxslər də ola bilməsi istisna edilmir. Dağlara, meşələrə çəkilərək, gizlənmələri mümkündür.

Təbii ki, terrorçuların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir. Ancaq hesab etmirəm ki, bu, qısa bir zamanda yekunlaşsın".

Hərbi ekspert onu da qeyd edib ki, anti-terror tədbirlərindən sonra Qarabağda qalmaqda olan təxribatçı qrupların aktivliyi müşahidə olunmur: "Düşünürəm ki, infrastruktur qurulduqdan, dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımız öz evlərinə qayıtdıqdan sonra həmin aktivliyin şahidi ola bilərik. Çünki orada hazırda yalnız ermənilər, ölkəmizin güc strukturları və Rusiya sülhməramlıları var. Bu halda isə terrorçuların fəallaşma ehtimalı çox aşağıdır".

Polkovnik yekun olaraq vurğulayıb ki, sonuncu terrorçu məhv edilənə kimi Azərbaycanın anti-terror tədbirləri davam edəcək.