​Xətaidə 13 milyona satışa çıxarılan uşaq baxçası NECƏ ÖZƏLLƏŞDİRİLİB? – RƏSMİ AÇIQLAMA

​Xətaidə 13 milyona satışa çıxarılan uşaq baxçası
12:52 13.10.2023
305 Sosial
A- A+

Xəbər verdiyimiz kimi, Xətai rayonunda uşaq bağçası-körpələr evinin 128 sot ərazisi 13 milyon manata satışa çıxarılıb.

Körpələr evi-uşaq bağçasının nə zaman və hansı əsasla özəlləşdirildiyi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanladıq.

Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq, bağçanın 16 il öncə özəlləşdirildiyi bildirilib:

“Azərbaycan Respublikasının Prezidentinin “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 23 avqust 2006-cı il tarixli 1635 nömrəli Sərəncamına əsasən 206 saylı körpələr evi və uşaq bağçası 11.06.2007-ci il tarixində keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən özəlləşdirilib”.