​Parlament Prezident və birinci xanımı təbrik etdi

​Parlament Prezident və birinci xanımı təbrik etdi
11:54 17.10.2023
150 Siyasət
A- A+
Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.


Bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.


O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".


Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.