​Ermənistan faciəni şouya çevirir - Növbəti təxribat

​Ermənistan faciəni şouya çevirir
15:56 18.10.2023
134 Siyasət
A- A+
Dünya mətbuatında Azərbaycana qarşı növbəti kampaniya başladılıb. Müəllif isə hər zamanki kimi erməni lobbisidir. Qəzza bölgəsinin bombalanması nəticəsində mülki şəxslərin ölməsinə təəssüflənmək əvəzinə bu faciədən şou çıxardan Ermənistan bir sıra ölkələrdə anti-Azərbaycan mühiti formalaşdırmağa davam edir.


Azərbaycanın İsrail ilə hərbi əməkdaşlığı sirr deyil. Hər kəsə məlumdur ki, Azərbaycan İsraildən hərbi texnika alır və bu ölkəyə neft satır. Burada qeyri-adi nəsə yoxdur. Modern silahlara və enerji resurslarımızı almaq istəyən dövlətlərlə əməkdaşlığa ehtiyac duyulur.



Siyasi şərhçi Elxan Şahinoğlu erməni saytlarının İsrailin Qəzza bölgəsini bombalaması və bu zaman mülki insanların qətli fonunda İsrail-Azərbaycan hərbi əməkdaşlığına dair müxtəlif dillərdə şişirdilmiş və həqiqətə uyğun olmayan xəbərlər və analizlər yayımlamasına münasibət bildirirərkən deyib ki, erməni lobbisi bu cür saxta "analizləri" xarici ölkələrdəki bir sıra mərkəzlərin əli də yaymağa müvəffəq olur.


 
"Ermənistanın və erməni lobbisinin dezinformasiya maşını Azərbaycana qarşı növbəti kampaniyaya başlayıb. Erməni saytlar İsrailin Qəzza bölgəsini bombalaması və bu zaman mülki insanların qətli fonunda İsrail-Azərbaycan hərbi əməkdaşlığına dair müxtəlif dillərdə şişirdilmiş və həqiqətə uyğun olmayan xəbərlər və analizlər yayımlayırlar. Azərbaycanın İsraildən hərbi texnika alması və bu ölkəyə neft satması məlum faktdır. Bu bizim təbii haqqımızdır, modern silahlara və enerji resurslarımızı almaq istəyən dövlətlərlə əməkdaşlığa ehtiyacımız var. Erməni saytları buna əlavə olaraq guya İsrailin Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məlumatları toplayan mərkəzlərin fəaliyyət göstərdiyi barədə saxta "analizlər" yayırlar. Erməni lobbisi bu cür saxta "analizləri" xarici ölkələrdəki bir sıra mərkəzlərin əli də yaymağa müvəffəq olur. Məqsəd aydındır. Bu yolla İranda və bir sıra ərəb ölkəsində anti-Azərbaycan əhval-ruhiyyəsini gücləndirməyə çalışırlar. Bizim Yaxın Şərqdəki hadisələrə mövqeyimiz digər sivil ölkələrin mövqeyindən fərqlənmir. Bölgədə sülh istəyirik, mülki insanların ölümünü, xəstəxanalara və məktəblərə zərbələr endirilməsini pisləyirik və Fələstinin müstəqilliyi ilə bağlı BMT qətnaməsini dəstəkləyirik", - fikrini yekunlaşdırıb.



Qeyd edək ki, İsrail ordusu raket zərbəsi ilə Qəzzada xəstəxana binasını vurub. Hücum nəticəsində 1000-ə yaxın insanın həlak olduğu bildirilir. Fələstin Prezidenti Mahmud Abbas İsrailin xəstəxanaya endirdiyi hava zərbələri nəticəsində ölənlər üçün üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.
 

Xatırladaq ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı Azərbaycan XİN-in "X" hesabında mülki şəxslərə qarşı zorakılığı pisləndiyi bildirilib. "Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq", - deyə paylaşımda qeyd olunub./musavat.com