Tanınmış şairə Nazilə Səfərli özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən Zöhrab Ağayev adlı şəxs tərəfindən aldadılıb.
Sulh.info.az pravda.az-a istinadən xəbər verir ki, bu barədə "İnstagram" səhifəsində paylaşım edən N.Səfərli vətəndaşlara çağırış edib.
"Hər halda bu, təkcə mənim başıma gəlməyib. Özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən Zöhrab Ağayev adlı şəxs mənə Şri-Lanka nömrəsi ilə zəng edib bildirdi ki, mənim bank kartıma hansısa 77 nömrəsi ilə müdaxilə olunub. Sual verdilər ki, bu, sizə tanış deyil? Dedim ki, yox. Qarşımdakı insan fikrini ifadə edəndə dinləmə qabiliyyətim var. Onu tam dinlədim. Sözündən belə çıxdı ki, mənim kartıma müdaxilə olunub, kartımdan pul çəkilir. O, tam fikrini ifadə edəndən sonra dedim ki, Zöhrab Ağayev, mənim, ümumiyyətlə, Kapital Bankda hesabım olmayıb, Kapital Bankla heç bir əlaqəm yoxdur. Və dərhal sağollaşdı, dəstəyi asdı. Başa düşdüm ki, təzə dolandırıcılıq növləri gəlib bizə qədər çatıb. Ehtiyatlı olun. Bu barədə lazım olan yerlərə məlumat vermişəm. Amma sizə belə bir zəng gəlsə, nəbadə kartınızın seriyasını, üç rəqəmi göstərəsiniz...", - o deyib.