​İş yerində intihar edən stomatoloqun ÜRƏKDAĞLAYAN FOTOLARI

​İş yerində intihar edən stomatoloqun
13:43 19.10.2023
261 Hadisə
A- A+
Xəbər verdiyimiz kimi, Yevlaxda 33 yaşlı həkim-stomatoloq Nicat Əjdərli intihar edib.


SULH.İNFO.az 
 qafqazinfo-ya istinadən mərhum həkimin fotolarını təqdim edir.


Qeyd edək ki, Yevlax şəhərinin Nizami prospektində yaşayan və stomatoloq işləyən, 1990-cı il təvəllüdlü Nicat Raqif oğlu Əjdərli özünə məxsus stomatoloji kabinetdə intihar edib.


Stomatoloji kabinet həkimin yaşadığı evin 1-ci mərtəbəsində yerləşirmiş.


Onun naqildən asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.


Bildirilir ki, bu ayın 28-də N.Əjdərlinin qardaşının toyu planlaşdırılırmış.


Faktla bağlı araşdırma aparılır.