Xəbər verdiyimiz kimi Şirvan şəhər sakini özünü Kür çayına ataraq, intihara cəhd edib.
26 yaşlı Nəsrullayev Namiq Bilal oğlu işsiz olması səbəbindən canına qəsd etmək istəyib. Bu səbəblə o, Kür çayının üzərindəki körpüyə gəlib. İntihar etmək üçün özünü körpüdən çaya atıb.
Lakin çaya düşdükdən sonra intihara cəhd etdiyi üçün peşman olub. Beləliklə, N. Nəsrullayev 80 metr məsafəni üzərək çayın sahilinə çıxa bilib.
Hazırda faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır./Lent.az