Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir. Məlumata görə Orxan Hacılı qəza törətdikdən sonra qaçmış və əvəzinə başqa şəxsi hadisə yerinə göndərərək sürücü kimi göstərməyə cəhd etmişdir.
Sulh.info.az azerforum-a istinadən bildirir ki, məsələ ilə bağlı Arif Hacılı və Orxan Hacılı ilə əlaqə saxlamağa çalışsaq da, məlumat almaq mümkün olmamışdır.
Qeyd edək ki, Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib. Sosial şəbəkələrə yayılmış görüntülərə və şahidlərinin verdiyi məlumata görə hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Honda" markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarında dayanmış daha 3 avtomobilə çırpılıb. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Şahidlərin bildirdiyinə görə qəzanı törədən sərxoş sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.