Bakıda qeyri-rəsmi nikahda olduğu qadına bıçaqla xəsarət yetirməkdə onun 14 yaşlı qızını öldürməkdə ittiham olunan Zaur Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Sulh.info.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən Z.Babayev verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük məhkum edilib.
O, qalan ömrünü həbsxanada keçirəcək.