​Azərbaycanla bağlı şok statistika - Yeni doğulan uşaqların... - VİDEO

​Azərbaycanla bağlı şok statistika
12:33 23.10.2023
157 Sosial
A- A+

Ötən il Azərbaycanda dünyaya gələn uşaqların 15 faizi rəsmi nikahı olmayan ailələrdə doğulub.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, onların 62 faizi kəndlərdə yaşayır. Rəqəmlər onu deməyə əsas verir ki, kənd yerlərində evlənən insanların böyük hissəsi rəsmi nikaha daxil olmurlar.

Referans.az Xəzər TV-yə istinadən bildirir ki, mövzuya münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bölgələrdə insanlar dini nikahlarla kifayətlənirlər. Nəticəsi isə ürəkaçan deyil.

Sosioloq vurğulayıb ki, rəsmi nikahdan olmayan uşaqların gələcəkdə şəxsi inkişafında ciddi maneələr yaranır.

Əhməd Qəşəmoğlu əlavə edib ki, dini kəbin  kəsdirənlər gələcəkdə övladlarının qarşılaşa biləcəkləri problemləri mütləq nəzərə almalıdırlar. Onların bu məsələdə üzərinə böyük məsuliyyət düşür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: