​"Qarabağ" ev oyunlarını Xankəndidə keçirəcək? - Rəsmi AÇIQLAMA

​
12:55 23.10.2023
135 Ölkə
A- A+
"Qarabağ"ın bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndində keçirəcəyi ilə bağlı məlumatlar ötən gündən etibarən ölkə mediası və sosial şbəkə seqmentində ürətlə yayılmaqdadır.
 

Hətta Ağdam klubunun dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırdığı ilə xəbərlər də bu məlumatlar arasında yer alır. O da qeyd olunur ki, "Köhlən atlılar" bəzi ev matçılarının Xankəndində təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək. Bunun üçün "Qarabağ" rəhbərliyinin dünəndən bəri Xankəndində olduğu qeyd edilir. Məlumatda qeyd edilir ki, onlar sentyabrın ikinci yarısında qeyri-qanuni "xunta" rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona artıq baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.
 

Referans.az xəbər verir ki, Trend İnformasiya Agentliyi məlumatı dəqiqləşdirmək üçün klub və AFFA ilə əlaqə saxlayıb. Nə qədər qəribə səslənsə də hər iki tərəfdən cavab eyni olub.

 

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, onda bu barədə hər hansı bir məlumat mövcud deyil.

AFFA-nın sözçüsü Elnur Məmmədli də açıqlamasında bildirib: "Hələ ki, məndə bu barədə informasiya yoxdur. Bu barədə hər hansı bir xəbər varsa məlumat veriləcək. Bizdə hələki bu barədə informasiya yoxdur".

Qeyd edək ki, sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.