​Azərbaycanda prorektor vəzifəsindən AZAD EDİLDİ

​Azərbaycanda prorektor vəzifəsindən
16:29 24.10.2023
135 Toplum
A- A+
Sumqayıt Dövlət Universitetinin (SDU) Elm və innovasiyalar üzrə prorektoru Məmmədov Ramazan Salam oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub.
 
Sulh.info.az  report-a istinadən xəbər verir ki, o, bundan sonra Xarici dillər kafedrasında professor-məsləhətçi kimi fəaliyyət göstərəcək.


Ramazan Məmmədov 01.07.1944-cü il tarixdə Qax rayonunun Qum kəndində dünyaya gəlib. 1991-ci ildən 2014-cü ilədək SDU-da dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb. 2014-cü il may ayının 8-dən SDU-da Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin edilib.


R.Məmmədov filologiya elmləri doktoru, professordur. Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunub.

Ailəlidir, 3 övladı, 5 nəvəsi var.