Rusiya-Ukrayna müharibəsinin adiləşdiyi dönəmdə Yaxın Şərqdə vəziyyət gərginləşməyə davam edir. Oktyabrın 7-dən başlayan hücum 18 gündür hər iki tərəfdən yüzlərlə mülki şəxsin ölümünə səbəb olub. Hansı tərəfin haqlı və ya haqsız olmasından, hücumu kimin başlamasından, qəfil və ya planlı şəkildə həyata keçirilməsindən asılı olmayaraq mülki şəxslər hədəf seçilib. Yayılan görüntülər, məlumatlar onu deməyə əsas verir ki, döyüşlər hərbçilərlə yanaşı, qadınlara, uşaqlara qarşı yönəlib.
ABŞ-nin prezidenti Cozef Baydenin münaqişə zonasına səfəri ilə bağlı ümidlər böyük idi. Tərəflər arasında sülh razılığının əldə olunması gözlənilirdi. Lakin, əksinə, ABŞ prezidenti İsraildə səfərdə olarkən belə Qəzza bombalandı. Üstəlik, Baydenlə görüşü barədə açıqlama verən Netanyahu bildirib ki, İsrail dövlətinin təhlükəsizliyinin qorunması və müharibənin davam etdirilməsi üçün misilsiz yardımın göstərilməsi ilə bağlı razılaşmalar əldə olunub.

Növbəti qalmaqallı səfər isə Makronun Tel-Əvivə getməsidir. Fransa liderinin səfəri həlak olanların ailələrini ziyarət etməklə başlanıb. Makron daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Fransa Prezidenti görüş zamanı deyib ki, İŞİD və HƏMAS-la qarşı mübarizə aparmaqda onlara dəstək olmağa hazırdır.
Makronun islamafob olması bizə yad deyil deyə Makronun "məsələnin həlli" ilə bağlı səsləndirdiyi fikirlər təəccüb doğurmadı. Bu səfər sanki məsələnin çözümündən çox münaqişəni daha da artırmağa yönəlmişdi. Makronun HƏMAS-la bağlı təklifi bunu deməyə əsas verir.
Hər iki səfər onu göstərir ki, sülh tərəfdarı kimi görünən Qərbin əsl məqsədi başqadır. Xüsusilə, ABŞ və Fransa minlərlə insanın ölümünün qarşısına keçməyə yox, bölgədəki vəziyyəti gərginləşdirməyə çalışır. Onların niyyəti müharibəni daha da qızışdırmaqdır. Bu proseslər Qərbin sülhdə maraqlı olmadığını göstərir.
Ərazisində milyonlarla müsəlman yaşayan Fransa İsrail və Fələstinə sülh üçün vasitəçilik təklif etmək əvəzinə, müharibəni alovlandırmaqla əsl niyyətini bir daha ortaya qoyur. Fransa bu siyasəti Cənubi Qafqazda da həyata keçirir. Onlar regionda sülh müqaviləsinin imzalanmasının əvəzinə Ermənistanı silahlandırmağa davam edirlər./milli.az