​Bakıda hazırlanan dönərlərin mənşəyi NƏDİR? - Ölü mal, toyuq və...

​Bakıda hazırlanan dönərlərin mənşəyi NƏDİR?
13:33 25.10.2023
155 Sosial
A- A+

Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

TƏBİB-dən verilən xəbərə görə, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb.

Son dövrlər baş verən inflyasiya hər sektorda olduğu kimi, qida sektorunda da qiymətlərin bahalaşmasına təsir edib. Qida sektorunda ən çox diqqət çəkən məqamlardan biri dönərlərin qiyməti ilə bağlıdır. Məlumata görə, Azərbaycanda 15 mindən çox dönərxana fəaliyyət göstərir. Dönərlər isə 1,5 manatdan başlayaraq müxtəlif qiymətlərə satılır. Hələ bəzi hallarda 1,5 manatlıq dönərlərin yanında pulsuz ayran da təklif edilir. Qiymətin bu qədər ucuz olması isə alıcılarda şübhə yaradır. 

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Referans.az-a bildirib ki, dönərlərin zəhərlənmə amillərindən biri də təkcə onun hazırlandığı toyuq və ya mal əti deyil, eləcədə onun hazırlandığı səhv texnologiyadır:

“Dönərxanalar cəmiyyətin bəlası olmaqda davam edir. Mən qida AQTA-da iki il ictimai şuranın üzvü oldum və dəfələrlə təklif etdim ki, bu sahədə işlər görülməlidir. Nümunəvi dönərxanlar yaradaq və digər dönərxanalar bazar üslubi ilə qalsın arxada və sıradan çıxsın, amma bu baş tutmadı. Hökümət hazırda səhv bir siyasət yeridir. Kim nə ilə istəyir məşğul olsun, amma vergisini ödəsin. Belə bir vəziyyətdə əlbəttə dönərxanalar insanların, xüsusən gənclərin zəhərlənmə mənbəyidir”.

Qurum rəsmisi qeyd edib ki, vaxtaşırı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rayonlarda ölmüş at, eşşək, və mal ətlərinin Bakıya gətirildiyini ifşa edir, ekspertiza aparır və cinayət işləri qaldırır. Bəs bu ətlər hara gedir? Məhz bu dönərxanalara gedir. Onun sözlərinə görə, dönərxanalarda müəyyən yerlərdən ətin keyfiyyətli olduğuna dair kağızlar asılır, amma heç kim o kağızın orada bişən dönərə aid olduğunu sübut edə bilməz.

“Dönərin hazırlandığı texnologiya da düzgün deyil. Dönər hazırlanır, üst tərəfi qaşınır, ora bişmiş olur. İçərisinə isə, yəni mərkəzinə təzə-təzə istilik keçir. Heyvan bədənində olan bütün antibiotiklər, xəsətliklər həmin təzə istilik keçən mərkəzdən keçir vəı altındakı qaba tökülür. Dönərçi isə qızarmışı ona qarışdırır və istehlakçıya verir. AİB illərdir ki, bununla mübarizə aparır, lakin təəssüflər olsun ki, dövlət qurumları bununla bağlı addım atmır” – deyə Eyyub Hüseynov bildirib.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütxəssisi Məhsəti Hüseynova  isə bildirir ki, ümumiyyətlə küçələrdə satılan dönərlərin alınması insan orqanizmində çox ciddi fəsadlara səbəb olur. Onun sözlərinə görə, ehtiyac olmadığı sürəcə bu qidalardan istifadə olunması düzgün deyil. 

Ekspertin sözlərinə, həmin qidalarda bəzən mənşəyi bəlli olmayan, ucuz və xəstə heyvanların öncədən hazırlanmış ətlərindən istifadə olunur. Bu ətlər də səhərdən axşama qədər soyuducuda saxlanılır və hər zaman da alovun yanında olur, yəni istiyə məruz qalır. Onların sağlam ətdən hazırlansa belə bu şəraitdə saxlanılması ciddi təhlükə mənəbiydir.