Bakı şəhəri 1-ci mikrorayonda “Munya” adlı pişik itib.
Sahibi bildirir ki, pisiyi onun üçün çox dəyərlidir. O, pişiyi tapan şəxsə 1000 manat mükafat vəd edib.
İtmiş pişik Van pişiyi adlanır. Van pişiyini digərilərindən fərqləndirən əlamət onun genetik dəyişikliklər nəticəsində yaranan iki fərqli göz rəngi, yəni mavi-kəhrəbadır. Bəzilərinin iki gözü mavi, bəzilərinin isə hər ikisi sarıdır. Tülkü quyruğuna bənzəyən qabarıq quyruğu və ağ, ipək tükləri var. Qışda tükləri artır, yayda isə azalır. Van pişiyi digər pişiklərə nisbətən təmizliyə daha çox diqqət yetirir. Yemiş, qarpız, hətta dondurma kimi qidaları iştaha yeyir və sudan qorxmur. Üzməyi sevən bu pişik cinsinin ovçuluq instinktləri yaxşı inkişaf edib.
Bakıda bu cinsdən olan pişiklərin satış qiyməti 100-200 manatdır. Görünən odur ki, sahibi öz dəyərli heyvanı üçün bu qiymətdən 5-10 dəfə artıq mükafat ödəməyə hazırdır.
Daha əvvəl itmiş pişiyini tapan şəxslərdən biri yardım məqsədilə öz təcrübəsini bölüşüb. O bildirib ki, pişiyi təxminən 15 gün sonra itdiyi yerdə tapılıb:
“İtirdiyimiz pişiyin həmcinsi olan başqa bir pişiyi heyvanlar üçün xüsusi çantada gəzdirirdik ki, onun qoxusunu duyub gəlsin. Növbəti dəfə pişiyin səsini yazaraq səsləndirdik, bu da nəticə vermədi. Qərara gəldik ki, pişiyin şəklini A4 ölcüdə kağız formatda itdiyi ərazidə küçələrə yapışdırdıq. Bu qayda nəticə verdi. Pişiyin itdiyi ərazidən təxminən bir neçə gün sonra zəng edərək bildirirdilər ki, pişik tapılıb. Vəd etdiyimiz mükafatı verdik”./Cebhe.info