​Məşhur müğənni Azərbaycanı tərk edir: ŞOK SƏBƏB

​Məşhur müğənni Azərbaycanı tərk edir:
17:04 25.10.2023
207 Maqazin
A- A+
Müğənni Şəbnəm Tovuzlu Azərbaycanı tərk etmək niyyətində olduğunu açıqlayıb.


Türkiyəyə yollanan ifaçı təyyarədən görüntülərini izləyiciləri ilə bölüşüb.


O, bundan sonra tez-tez İstanbula gedəcəyini açıqlayıb:


“Bir az hər şeydən uzaq olmaq üçün gedirəm. Çox yorğunam. Ola bilsin artıq İstanbula daha çox gedib-gələm. Hətta orada yaşamağı belə düşünürəm”.


İstanbula çatar-çatmaz alış-verişə yollanan Tovuzlu özünə 25 dəst libas aldığını bildirib:


“Hər il gəlirəm özümə buradan alış-veriş edirəm. Çox gözəl libaslar var. Bakıda 400-500 manata olan geyimlər burada 200-300 dollaradır. Özümə şoppinq etdim. Azı 25 dənə libas aldım”./Gundem.az