​"Yoldaşım 3 minlik telefon almırsa, boşana bilərəm" - azərbaycanlı psixoloqdan QALMAQALLI AÇIQLAMA

​
12:55 26.10.2023
207 Sosial
A- A+

ARB tv-nin "Günə Son" verilişində psixoloqun dedikləri narazılığa səbəb olub.

 

Sulh.info.az xəbər verir ki, psxioloq Əfsanə Rüstəmova bildirib ki, qadınların emosional ehtiyacları ödənməlidir, əks halda qadın boşanma hüququndan istifadə edə bilər: "Emosional ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi haqqı var. Mənim 3 minlik bir telefona emosional ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək hüququm var".

Psixoloqun bu sözləri studiyada və sosial şəbəkələrdə narazılıqla qarşılanıb.