Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Suraxanı rayonu Əmircan qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.
Sulh.info.az xəbər verir ki, qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan və 400-ə qədər Əmircan sakininin iştirak etdiyi görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı şəhərinin və Suraxanı rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri 3 saatdan çox, ayaq üstə zala toplaşanların müraciət və təkliflərini dinləyiblər.
Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz böyük hadisələrin şahidi olaraq sevincli günlər yaşayır. İki yüz ildən artıq davam edən Erməni-müsəlman qarşıdurmasına nəhayət ki, son qoyulub, biz Şanlı Qələbə qazanaraq öz torpaqlarımızı azad etmişik. Bir qədər əvvəl möcüzə hesab etdiyimiz hadisə reallaşıb, Xankəndi şəhərində ölkəmizin dövlət bayrağı ucaldılıb. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır.

Görüş zamanı Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördükləri işlər xüsusi vurğulanıb.
Sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəsi Əlixan Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.
“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə 30-dan çox qəsəbə sakininin çıxış və müraciəti dinlənilib, onlar son vaxtlarda Bakı şəhərində və eyni zamanda, Əmircan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Qarabağ müharibəsi qazisi İsrafil Hüseynov öz çıxışında Vətən müharibəsində qazanılan qələbənin memarı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsini təklif edib. Təklif görüş iştirakçılarınını sürəkli alqışları ilə qarşılanıb.
Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, Murtuza Muxtarov məscidinin əsaslı təmir edilməsi, qəsəbədə su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, məşğulluq, yeni avtobus xəttinin açılması, qəzalı binaların və dam örtüyünün təmiri və s. olub.
Görüş zamanı bəzi müraciətlər yerində həll edilib, sakinlərin digər müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib, bütün müraciət və təkliflər nəzarətə götürülüb.